Murad Musayev: "Bu "Qarabağ"la mübarizə aparmaq çox çətindir"

Murad Musayev: "Bu "Qarabağ"la mübarizə aparmaq çox çətindir" "Rəqibi layiqli çempionluq münasibətilə təbrik edirəm. Bu mövsüm ən güclü komanda idilər. Parlaq şəkildə avrokuboklarda çıxış etmişdilər. Çox yaxşı iş görüblər".
Futbol
3 May , 2022 21:07
Murad Musayev: Bu Qarabağla mübarizə aparmaq çox çətindir

"Rəqibi layiqli çempionluq münasibətilə təbrik edirəm. Bu mövsüm ən güclü komanda idilər. Parlaq şəkildə avrokuboklarda çıxış etmişdilər. Çox yaxşı iş görüblər".

"Report"un məlumatına görə, bunu "Sabah" klubunun baş məşqçisi Murad Musayev səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXV tur matçından sonra mətbuat konfransında deyib.

"Ağdam təmsilçisinin futbolçusu Patrik Andrade meydandan qovulanadək rəqib bizdən daha yaxşı və aqressiv oynayırdı. Amma futbol bu cür şeylərlə gözəldir. Bir qovulma hər şeyi dəyişə bilər. Qırmızı vərəqədən sonra qol vura bilərdik. Düşünürəm ki, oyun azarkeşlərin xoşuna gəldi. Çoxlu emosiya var idi", - Rusiyalı mütəxəssis bildirib

Onun sözlərinə görə, komandası ilk hissədə cəld oynamırdı: "Rəqib asanlıqla pressinq edib topu bizdən alırdı. Bu komandaya qarşı daha aqressiv oynamaq lazımdır".

Musayev "Qarabağ"ın Çempionlar Liqasındakı şanslarını da dəyərləndirib: "Hələlik nəsə demək çətindir. Qrupa düşmək üçün müəyyən mərhələlər keçməlidilər. Qrupa düşməyə qadirdirlər. "Qarabağ" evdə hər rəqibi uda bilər".

Baş məşqçi "Qarabağ"ın 60 dəqiqə komandasından daha yaxşı oynadığını etiraf edib: "Nəticənin ədalətsiz olduğunu deyə bilmərəm. Rəqib azlıqda qalsa da, təhlükəli epizodlar yaratdı. Bir xal bizim üçün də önəmli idi".

Musayev "Mövsümün əvvəlində "Sabah"a rəhbərlik etsəydiniz, çempionluğa oynamaq olardımı" sualına bu cür cavab verib: "Bu "Qarabağ"la mübarizə aparmaq çox çətindir. Bəlkə də ilk "3-lüy"ə düşmək olardı".

Son xəbərlər

Orphus sistemi