Murad Musayev Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Murad Musayev Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib "Rusiya Premyer Liqasının maliyyə imkanları Azərbaycan çempionatı ilə müqayisədə xeyli yüksəkdir".
Futbol
424
26 Yanvar , 2022 18:59
Murad Musayev Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

"Rusiya Premyer Liqasının maliyyə imkanları Azərbaycan çempionatı ilə müqayisədə xeyli yüksəkdir".

"Report"un məlumatına görə, bunu "Sabah" klubunun baş məşqçisi Murad Musayev "Match TV"yə geniş müsahibəsində deyib.

39 yaşlı mütəxəssis bildirib ki, Rusiya klubları heyətlərinə ciddi yığmalardan oyunçular dəvət edə bilirlər: "Azərbaycanda sərt limit var. Meydana eyni vaxtda ən azı beş yerli oyunçu çıxmalı, biri isə 2000-ci il təvəllüdlü olmalıdır. Rusiyada futbol akademiyalarının işi daha yüksək səviyyədədir. Buradan böyük futbola düşən oyunçular daha hazırlıqlı olurlar. Futbolun ümumi səviyyəsi Rusiyanın xeyrinədir".

Rusiyalı baş məşqçi Azərbaycan klubları arasında "Qarabağ"ı xüsusi fərqləndirib: "Avropada diqqət çəkən, ardıcıl 8 mövsüm Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış komandadan söhbət gedir. Bu kollektiv tezliklə UEFA Konfrans Liqasının pley-offunda Fransa "Marsel"i ilə oynayacaq. Bir neçə il öncə Avropa Liqasında Tula "Arsenal"ını üstələmiş hazırkı ölkə çempionu "Neftçi"ni də unutmayaq. Təbii ki, Rusiya liqası daha güclüdür. Bununla belə, Azərbaycanın da müsbət və mənfi cəhətləri olan çətin çempionatı var. Premyer Liqada cəmi səkkiz komanda çıxış edir. Dörd dövrə ərzində hamı bir-birinə qalib gələ bilər. Komandalar bir-birini tanıyır. Meydanda döyüş ruhu, sərt mübarizə olsa da, hakimlər çox fit çalmır".

Musayevin sözlərinə görə, çempionluğu daha yaxşı yerli futbolçulara sahib olan komanda qazanır: "Limit varsa, yerli oyunçuların səviyyəsi böyük əhəmiyyət kəsb edir. "Qarabağ"dakı yerlilərin demək olar ki, hamısı Azərbaycan millisinin əsasını təşkil edir. Sonuncu dəfə “Sabah”dan iki nəfər yığmaya cəlb olunub. Amma onlardan heç biri meydana çıxmayıb. Ümid edirəm ki, futbolçuları milli üçün hazırlaya bilərik. Rusiyada da vəziyyət oxşardır: daha yaxşı rusları olan komanda çempion olur. Düzdür, qiymət heç də həmişə səviyyəni əks etdirmir. Bununla belə, əksər hallarda maliyyə göstəriciləri hələ də informativ xarakter daşıyır".

Son xəbərlər

Orphus sistemi