Mövsümün futbolçusu: "Qurban Qurbanov və Rəşad Sadıqov kimə səs verib?"

Mövsümün futbolçusu: "Qurban Qurbanov və Rəşad Sadıqov kimə səs verib?" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusunu müəyyənləşdirib.
Futbol
24 May , 2022 12:01
Mövsümün futbolçusu: Qurban Qurbanov və Rəşad Sadıqov kimə səs verib?
Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusunu müəyyənləşdirib.

"Report"un məlumatına görə, 50 yaşlı mütəxəssis İdman Araşdırmalar Mərkəzinin keçirdiyi səsvermədə "Sabah"ın yarımmüdafiəçisi Alesey İsayevə səs verib.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov cari mövsümün oyunçusu seçilmiş "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borgesi bu ada layiq görüb. 40 yaşlı mütəxəssisin "Neftçi"dəki həmkarı Samir Abasov və "Şamaxı"ya rəhbərlik edən Rüstəm Əliyev eyni fikirdə olub.

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev və "Səbail"lə yollarını ayıran Aftandil Hacıyev "Neftçi"nin kapitanı Emin Mahmudovu fərqləndirib. "Sabah"ın rusiyalı baş məşqçisi Murad Musayevlə "Sumqayıt"dan Aleksey Baqanın seçimləri fərqli olub. Onlar müvafiq olaraq "Qarabağ"dan Patrik Andradeyə və Maksim Medvedevə səs veriblər.

Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl beş ildir İdman Araşdırmalar Mərkəzi "Report"un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Əvvəlki 4 mövsümdə hazırda "Kəpəz"də çıxış edən Cavid İmamverdiyev (2017/2018), "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov (2018/2019), "Qarabağ"ın legioneri Abdullah Zubir (2019/2020) və hazırda Türkiyə "Bursaspor"unun formasını geyinən Namik Ələskərov (2020/2021) ən yaxşı seçilib.

Son xəbərlər

Orphus sistemi