Mourinyo "Tottenhem"in məşqlərinə velosipedlə gəlib

Mourinyo "Tottenhem"in məşqlərinə velosipedlə gəlib İngiltərənin Tottenhem futbol komandasının baş məşqçisi Joze Mourinyo koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər şəraitində məşq prosesinin çətinliklərindən danışıb.
Futbol
125
27 May , 2020 16:25
Mourinyo Tottenhemin məşqlərinə velosipedlə gəlib

İngiltərənin "Tottenhem" futbol komandasının baş məşqçisi Joze Mourinyo koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər şəraitində məşq prosesinin çətinliklərindən danışıb. 

"Report" xəbər verir ki, portuqaliyalı mütəxəssis "Sky Sports"a açıqlamasında səhər saat 9:00-dan 17:00-dək məşq etdikləri dövrlərinin olduğunu bildirib.

Mourinyonun sözlərinə görə, futbolçulara yalnız fərdi məşq icazəsinin verilməsi səbəbindən bir neçə fərqli müddət ayırmalı olublar: "Kimisi saat 10:00-da, kimiləri isə növbəti saatların tamamında məşqlərə gəlirdi. Açığı, köməkçi-məşqçilər hansısa anda çox yorğun idilər".

Mourinyo məşqə velosipedlə getdiyini də açıqlayıb: "Siz həmin fotonu görmüsünüz. Meydan uzaq məsafədədir və velosipedsiz bütün məşqləri izləyə bilməzdim".

Qeyd edək ki, "Tottenhem" Premyer Liqada 29 turdan sonra 41 xalla 8-ci pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi