Mourinyo sələfindən ikiqat çox maaş alacaq

Mourinyo sələfindən ikiqat çox maaş alacaq İngiltərənin “Tottenhem” komandasının baş məşqçisi təyin olunan Joze Mourinyo sələfi Maurisio Poçettinodan ikiqat çox maaş alacaq.
Futbol
143
20 Noyabr , 2019 13:49
Mourinyo sələfindən ikiqat çox maaş alacaq

İngiltərənin “Tottenhem” komandasının baş məşqçisi təyin olunan Joze Mourinyo sələfi Maurisio Poçettinodan ikiqat çox maaş alacaq.

“Report” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı portuqaliyalı mütəxəssisin illik əmək haqqısı 17,5 milyon avro təşkil edəcək. Poççetinoda isə bu göstərici 9 milyon avro olub.

Qeyd edək ki, Mourinyo bu gün “Tottenhem”lə 2022/23 mövsümünün sonuna qədər müqavilə bağlayıb. Ötən mövsüm Çempionlar Liqasının finalçısı olan London təmsilçisi Premyer Liqada 12 turdan sonra 14 xalla 14-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi