KİV: "Real Madrid" Mourinyo ilə danışığa başlayıb

KİV: "Real Madrid" Mourinyo ilə danışığa başlayıb Bakı. 10 yanvar. REPORT.AZ/ İspaniyanın “Real Madrid” klubunun rəhbərliyi Joze Mourinyo ilə danışıqlara başlayıb.
Futbol
2573
10 Yanvar , 2019 10:25
KİV: Real Madrid Mourinyo ilə danışığa başlayıb

Bakı. 10 yanvar. REPORT.AZ/ İspaniyanın “Real Madrid” klubunun rəhbərliyi Joze Mourinyo ilə danışıqlara başlayıb.

“Report” “The Sun”a istinadən xəbər verir ki, paytaxt təmsilçisinin prezidenti Florentino Peres ötən ay İngiltərə “Mançester Yunayted”inin baş məşqçi postundan istefaya göndərilmiş portuqaliyalı mütəxəssisi yenidən komandanın sükanı arxasında görmək istəyir.

Lakin 54 yaşlı Mourinyo sabiq klubundan qovulmasının müqabilində təzminatını ala bilmədiyi üçün hələlik “Real Madrid”də işə başlaya bilmir.

Qeyd edək ki, Joze Mourinyo “Mançester Yunayted”dən uğursuz nəticələrlə əlaqədar kənarlaşdırılıb. O, 2010 – 2013-cü illərdə “Real Madrid”in baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi