Mourinyo onu tənqid edən Poqbanı kapitan sarğısından məhrum edib

Mourinyo onu tənqid edən Poqbanı kapitan sarğısından məhrum edib Bakı. 26 sentyabr. REPORT.AZ/ İngiltərənin Mançester Yunayted klubunun baş məşqçisi Joze Mourinyo fransalı yarımmüdafiəçi Pol Poqbanı kapitan sarğısından məhrum edib.
Futbol
26 Sentyabr , 2018 05:57
Mourinyo onu tənqid edən Poqbanı kapitan sarğısından məhrum edib

Bakı. 26 sentyabr. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Joze Mourinyo fransalı yarımmüdafiəçi Pol Poqbanı kapitan sarğısından məhrum edib.

“Report” xəbər verir ki, portuqaliyalı mütəxəssis fransalı oyunçunun İngiltərə çempionatında "Vulverhempton" ilə matçdan sonra (1:1) verdiyi açıqlamadan əsəbiləşib.

İyirmi beş yaşlı yarımmüdafiəçi mətbuata açıqlamasında komandanın hücum futbolu oynamamasından şikayətlənməklə, Mourinyonu tənqid etmiş olub.

Mourinyo da bu müsahibədən sonra komandanın məşqində "MY"da qaldığı müddətərzində Poqbanın bir daha heç vaxt kapitan olmayacağını bildirib.

Son xəbərlər

Orphus sistemi