Mourinyo Avropa Liqasının medalını azarkeşə atıb

Mourinyo Avropa Liqasının medalını azarkeşə atıb “Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının finalında “Sevilya”ya uduzduqdan sonra (1:1, penaltilərdə 1:4) mükafatlandırma mərasimində aldığı medalı tribunadakı azarkeşlərdən birinə atıb.
Futbol
1 İyun , 2023 03:38
Mourinyo Avropa Liqasının medalını azarkeşə atıb

“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının finalında “Sevilya”ya uduzduqdan sonra (1:1, penaltilərdə 1:4) mükafatlandırma mərasimində aldığı medalı tribunadakı azarkeşlərdən birinə atıb.

“Report” xatırladır ki, oyun Budapeştdəki “Puşkaş Arena”da keçirilib.

Bu məğlubiyyət Mourinyonun UEFA Super Kuboku istisna olmaqla, Avrokubok finalında ilk məğlubiyyəti olub. Bundan əvvəl portuqaliyalı mütəxəssis ardıcıl beş həlledici görüşdə qalib gəlib.

Qeyd edək ki, İspaniyanın “Sevilya” və İtaliyanın “Roma” klublarının qarşılaşdığı Avropa Liqasının 2023/2024 mövsümünün final oyunu başa çatıb. Penaltilər seriyasında “Sevilya” 4:1 hesabı ilə qalib gəlib.

Matçın əsas vaxtında komandalar heç-heçəyə razılaşıblar - 1:1. Hesabı 35-ci dəqiqədə Paulo Dibala açıb. 55-ci dəqiqədə “Roma”nın müdafiəçisi Canluka Mançini topu öz qapısına göndərib.

Beləliklə, “Sevilya” tarixində yeddinci dəfə Avropa Liqasının (UEFA Kuboku) qalibi olub. Komanda sonuncu dəfə bu kuboka 2019/2020 mövsümündə yiyələnmişdi.

Bu məğlubiyyət Mourinyonun UEFA Super Kuboku istisna olmaqla, Avrokubok finalında ilk məğlubiyyəti olub. Bundan əvvəl portuqaliyalı mütəxəssis ardıcıl beş həlledici görüşdə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi