Mourinyo 18 yaşlı hücumçuya 800 avroluq ayaqqabı alıb

Mourinyo 18 yaşlı hücumçuya 800 avroluq ayaqqabı alıb İtaliya "Roma"sının baş məşqçisi Joze Mourinyo komandanın futbolçusu Feliks Afena-Qyana 800 avroluq idman ayaqqabısı alıb.
Futbol
253
23 Noyabr , 2021 00:22
Mourinyo 18 yaşlı hücumçuya 800 avroluq ayaqqabı alıb

İtaliya "Roma"sının baş məşqçisi Joze Mourinyo komandanın futbolçusu Feliks Afena-Qyana 800 avroluq idman ayaqqabısı alıb.

"Report"un məlumatına görə, portuqaliyalı mütəxəssis bu addımı "Cenoa" ilə A Seriyasının XIII tur matçından sonra atıb. Paytaxt təmsilçisinin 2:0 hesabı ilə qalib gəldiyi görüşdə 18 yaşlı hücumçu "dubl" edib. Bu matç Afena Qyanın "Roma"da debütü olub.

Qeyd edək ki, hazırda "Roma" 22 xalla 5-ci yerdə gedir.

Son xəbərlər

Orphus sistemi