Monteneqrolu qapıçı: "Meydan yaxşı olsaydı, daha çox qol vurardıq"

Monteneqrolu qapıçı: "Meydan yaxşı olsaydı, daha çox qol vurardıq" "Əvvəlki oyunlarda olduğu kimi, Azərbaycanla matçda qazandığımız qələbədə də hamımızın rolumuz oldu".
Futbol
12 Oktyabr , 2020 09:39
Monteneqrolu qapıçı: Meydan yaxşı olsaydı, daha çox qol vurardıq
Milan Miyatoviç

"Əvvəlki oyunlarda olduğu kimi, Azərbaycanla matçda qazandığımız qələbədə də hamımızın rolu oldu. Lüksemburqla görüşdə son dəqiqələrdə zərbəyə yaxşı reaksiya göstərdim və bir qol vurub qalib gəldik. İndiyə qədər bütün görüşlərdə qələbə qazanmışıq. Bu, bizi ruhlandırır".

"Report"un məlumatına görə, bu fikirləri Monteneqro yığmasının oyunçusu Milan Miyatoviç UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda Azərbaycan üzərində qazandıqları 2:0 hesablı qələbəni şərh edərkən deyib.

33 yaşlı qapıçı bildirib ki, ardıcıl 3 qalibiyyət komandası üçün yaxşı başlanğıcdır: "Qol buraxmadan qələbə qazanmaq çox şey deməkdir. Bu, futbolçularda özünəinamı artırır. Sadəcə, bu ritmlə davam etmək lazımdır".

Hazırda Bolqarıstanın "Levski" (Sofiya) klubunda çıxış edən qolkiper Podqoritsa şəhər stadionunda meydanın vəziyyətindən gileylənib: "Azərbaycan qapımıza doğru ciddi zərbə endirmədi. Meydan, şərtlər yaxşı olsaydı, daha çox qol vurardıq. İstənilən halda, qələbəyə görə şadıq".

Qeyd edək ki, Monteneqro hazırda C Liqasında 9 xalla 1-ci qrupun lideridir. Lüksemburq 6 xalla 2-ci, Azərbaycan 3 xalla 3-cü, xalsız Kipr isə sonuncu pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi