Monteneqrolu futbolçu: "Qrupda heç bir rəqibə yuxarıdan-aşağı baxmağa haqqımız yoxdur"

Monteneqrolu futbolçu: "Qrupda heç bir rəqibə yuxarıdan-aşağı baxmağa haqqımız yoxdur" Düşünürəm ki, püşkün nəticəsinə sevinməliyik. Bizə yad olmayan rəqiblərlə bir qrupa düşdük. Hamısı ilə oynamışıq.
Futbol
6 Mart , 2020 10:28
Monteneqrolu futbolçu: Qrupda heç bir rəqibə yuxarıdan-aşağı baxmağa haqqımız yoxdur

"Düşünürəm ki, püşkün nəticəsinə sevinməliyik. Bizə yad olmayan rəqiblərlə bir qrupa düşdük. Hamısı ilə oynamışıq".

"Report"un məlumatına görə, bu sözləri Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Monteneqro millisinin futbolçusu Marko Bakiç deyib.

Hazırda Belçika "Muskron"unda çıxış edən 27 yaşlı yarımmüdafiəçi bildirib ki, C Liqasında yer aldıqları qrupda 1-ci yer uğrunda mübarizə apara bilərlər: "Düzdür, uğursuz seriyadan sonra qrupda kiməsə yuxarıdan-aşağı baxmağa haqqımız yoxdur. Amma komandamızın keyfiyyəti və üstün tərəfləri 1-ci yer haqqında düşünməyə əsas verir. Turnirə hazırlaşmaq üçün vaxtımız var. Martın sonunda Podqoritsada yoldaşlıq oyunlarına start verəcəyik. Payıza qədər daha bir neçə qarşılaşma planlaşdırılıb".

Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Kipr, Lüksemburq və Monteneqro ilə üz-üzə gələcək. Yığma qrupda ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa qarşı keçirəcək. Monteneqro ilə birinci görüş isə oktyabrın 9-da səfərdə olacaq.

Son xəbərlər

Orphus sistemi