"Monako"nun futbolçusu koronavirusa yoluxdu

"Monako"nun futbolçusu koronavirusa yoluxdu Fransa "Monako"su komanda üzvlərinin koronavirus analizlərinin nəticəsini açıqlayıb.
Futbol
21 Avqust , 2020 17:15
Monakonun futbolçusu koronavirusa yoluxdu

Fransa "Monako"su komanda üzvlərinin koronavirus analizlərinin nəticəsini açıqlayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçuların birində infeksiya aşkarlanıb.

Adı açıqlanmayan oyunçunun dərhal karantinə alındığı və həkimlərin nəzarəti altında olduğu bildirilib.

Qeyd edək ki, daha əvvəl "Marsel"in yarımmüdafiəçisi Dmitri Payet və "Nitsa"nın 19 yaşlı müdafiəçisi Rayan Ait-Nuri koronavirusa yoluxub.

Son xəbərlər

Orphus sistemi