"Monako" klubunun hücumçusu "Real Madrid"ə keçməyə razılıq verib

"Monako" klubunun hücumçusu "Real Madrid"ə keçməyə razılıq verib Kilian Mbappenin seçimində Zinəddin Zidanın fransalı olması az rol oynamayıb
Futbol
5 May , 2017 11:05
Monako klubunun hücumçusu Real Madridə keçməyə razılıq verib

Bakı. 5 may. REPORT.AZ/ Fransanın "Monako" klubunun futbolçusu Kilian Mbappe gələcəyi ilə bağlı qərar qəbul edib.

"Report"un "Marca"ya istinadən məlumatına görə, 19 yaşlı hücumçu İspaniya "Real Madrid"ində oynamağa razılıq verib. Onun seçimində "kral klubu"nun baş məşqçisi Zinəddin Zidanın fransalı olması az rol oynamayıb. Bundan başqa Mbappe üçün İspaniya nəhənginin idman layihələri də mühüm əhəmiyyət kəsb edib.

"Real Madrid" bu mövsüm gənc forvardı diqqətdə saxlayıb. Klubda əmindirlər ki, o, çox faydalı olacaq.

Qeyd edək ki, daha əvvəl İngiltərə "Mançester Yunayted"inin Kilian Mbappe üçün 85 milyon avro təklif etdiyi, lakin "Monako"nun 120 milyon avro istədiyi bildirilib. Mbappenin hazırkı müqaviləsi 2019-cu ilin yayınadəkdir. 

Son xəbərlər

Orphus sistemi