Bakı. 25 yanvar. REPORT.AZ/ Fransanın "Monako" klubu komandanın əvvəlki baş məşqçisi Leonardu Jardim ilə danışıqlara başlayıb.
“Report” xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
Daha əvvəl "Monako"nun baş məşqçisi Tyerri Anri əsas komandadan kənarlaşdırılıb. Bu addım yekun qərar qəbul edilənədək qüvvədə olacaq. Komandanı yanvarın 25-də məşqə Frank Passi çıxaracaq.
Öətn gün Anri bir neçə futbolçunu əsas komandadan uzaqlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, qovulanların sayı o qədər çoxdur ki, adbaad saymaq olmur. Fransalı mütəxəssis yalnız öz gələcəyini düşünənlərə qarşı belə addım atdığını vurğulayıb. Əvəzedici heyətə göndərilənlər arasında rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovinin olmadığı da müəyyənləşib.
Fransa çempionatında 21 turdan sonra "Monako" 15 xalla 19-cu yerdədir və eniş zonasında qərarlaşıb.