“Monako” "Anje"dən minimal hesabla üstün olub

“Monako” "Anje"dən minimal hesabla üstün olub Monako futbol komandası Fransa çempionatının 23-cü turunun matçında Anjeyə 1:0 hesabı ilə qalib gəlib.
Futbol
5 Fevral , 2020 00:06
“Monako” Anjedən minimal hesabla üstün olub

"Monako" futbol komandası Fransa çempionatının 23-cü turunun matçında "Anje"yə 1:0 hesabı ilə qalib gəlib.

“Report” xəbər verir ki, görüş Fonveydə, "LuiII" stadionunda olub.

Qarşılaşmada yeganə qol birinci hissədə vurulub. Matçın 18-ci dəqiqəsində Stefan Yovetiç hesabı açıb.

"Monako" 32 xal yığaraq Fransa milli çempionatının yarış cədvəlində 9-cu yerə yüksəlib. "Anje" 30 xalla 13-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, "Monako” növbəti turda səfərdə "Amyen”lə görüşəcək. Matç fevralın 8-də olacaq.

Son xəbərlər

Orphus sistemi