​Moldovalı hücumçu Oleq Molla Azərbaycan klubuna keçə bilər

​Moldovalı hücumçu Oleq Molla Azərbaycan klubuna keçə bilər Azərbaycan klubunun futbolçunun razılığını aldığı bildirilir
Futbol
15 Fevral , 2015 21:45
​Moldovalı hücumçu Oleq Molla Azərbaycan klubuna keçə bilər

Bakı. 15 fevral. REPORT.AZ/ Moldovanın "Tiraspol" futbol klubunun 28 yaşlı hücumçusu Oleq Molla Azərbaycan Premyer-liqasında çıxış edən klublardan birinin maraq dairəsinə düşüb.

"Report" "Moldova.sports.md" nəşrinə istinadən xəbər verir ki, Azərbaycan çempionatında turnir cədvəlinin ortalarında qərarlaşan klub Molla ilə danışıqlar aparıb və artıq futbolçunun razılığını da alıb.

Yayda hücumçunun klubu ilə müqaviləsi başa çatır və o Azərbaycana azad agent statusunda gələ bilər.

Oleq Molla Kişnyovun "Zimbru" klubunun yetirməsidir. O karyerası ərzində "Beşiktaş" (Kişnyov), "İskru-Stal", "Sfıntul Qeorqe" və "Daçiya" kimi klubların şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi