Moldovada futbol hakimi bir oyuna görə ömürlük cəzalandırılıb

Moldovada futbol hakimi bir oyuna görə ömürlük cəzalandırılıb Sergey Derenyovun FİFA hakimləri siyahısından çıxarılması tövsiyə olunub
Futbol
3 Sentyabr , 2015 13:26
Moldovada futbol hakimi bir oyuna görə ömürlük cəzalandırılıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Moldovalı futbol hakimi Sergey Derenyov bir oyunda buraxdığı səhvləri üzündən ömürlük diskvalifikasiyaya məruz qalıb. "Report"un Moldova Futbol Federasiyasının (FMF) rəsmi saytına istinadən verdiyi məlumata görə, buna referinin ölkə çempionatının VI turunda "Zimbru" ilə "Şerif" arasında keçirilmiş mərkəzi qarşılaşmasında çoxsaylı səhvlərə yol verməsi səbəb olub.

Görüşün ilk yarısının sonlarında o, "Zimbru"nun futbolçusunu qovub, ikinci hissədə isə "Şerif"in qapısına penalti təyin edib. Ömürlük cəzadan əlavə, FMF Derenyovu FİFA hakimləri siyahısından kənarlaşdırmağı tövsiyə edib.

Qeyd edək ki, Moldova çempionatında 6 turdan sonra "Şerif" 15 xalla liderdir. İkinci pillədəki "Zimbru" isə 2 xal geridədir. 

Son xəbərlər

Orphus sistemi