Moldova millisinin baş məşqçisi: "Azərbaycan bizim üçün münasib rəqibdir"

Moldova millisinin baş məşqçisi: "Azərbaycan bizim üçün münasib rəqibdir" Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsindəki potensial rəqiblərindən olan Moldova seçməsinin baş məşqçisi Sergey Kleşenko püşkün nəticəsini dəyərləndirib.
Futbol
16 Dekabr , 2021 22:56
Moldova millisinin baş məşqçisi: Azərbaycan bizim üçün münasib rəqibdir

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsindəki potensial rəqiblərindən olan Moldova seçməsinin baş məşqçisi Sergey Kleşenko püşkün nəticəsini dəyərləndirib.

"Report"un məlumatına görə, 49 yaşlı mütəxəssis federasiyanın rəsmi saytına açıqlamasında C Liqasının 3-cü qrupunda yer alan komandaların özləri üçün münasib rəqib olduğunu bildirib.

O, bütün kollektivləri yaxşı tanıdıqlarını söyləyib: "2022-ci ilin martında Qazaxıstanla pley-off oyunlarımız var. Bu görüşlər bizim üçün çox vacibdir. Çünki C Liqasına düşmək istəyirik. Bu, ölkənin nüfuzu ilə bağlıdır, üstəlik, daha güclü rəqiblərimiz olacaq. Son vaxtlar həm belaruslular, həm də azərbaycanlılarla oynamışıq. Bu il Azərbaycan millisini yoldaşlıq görüşündə 1:0 hesabı ilə məğlub etdik. Biz bu komandaları yaxşı tanıyırıq, onlar xal üçün mübarizə apara biləcəyimiz münasib rəqiblərdir".

Kleşenko Slovakiyanı qrupun favoriti adlandırıb: "Onların Rusiya millisi ilə oyunlarını görmüşük. Kifayət qədər yaxşı heyəti var".

Qeyd edək ki, Moldova millisi Qazaxıstana qalib gələcəyi halda C Liqasında Azərbaycan yığmasının yer aldığı 3-cü qrupa düşəcək. Əks təqdirdə, komanda D Liqasının 2-ci qrupunda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi