"Qarabağ"la qarşılaşacaq "Molde"nin iştirak ərizəsi açıqlandı

"Qarabağ"la qarşılaşacaq "Molde"nin iştirak ərizəsi açıqlandı Baş məşqçi Erlinq Moe siyahıya 3 qapıçı, 6 müdafiəçi, 8 yarımmüdafiəçi və 8 hücumçu daxil edib. Onlardan yalnız 5-i legionerdir
Futbol
10 Sentyabr , 2020 11:07
Qarabağla qarşılaşacaq Moldenin iştirak ərizəsi açıqlandı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununda "Qarabağ"la qarşılaşacaq Norveç "Molde"sinin iştirak ərizəsini açıqlayıb.  

"Report" xəbər verir ki, baş məşqçi Erlinq Moe siyahıya 3 qapıçı, 6 müdafiəçi, 8 yarımmüdafiəçi və 8 hücumçu daxil edib. Onlardan yalnız 5-i legionerdir. 

Qapıçılar: 1. Andeas Linde (İsveç) , 12. Alexandro Craninx (Belçika), 34. Oliver Petersen 

Müdafiəçilər: 2. Martin Bjornbak, 5. Şeriff Sinyan, 20. Henri Vinqo (ABŞ), 25. John Kitolano, 27. Markus Pedersen, 40. Adrian Ugelvik

Yarımmüdafiəçilər: 7. Volf Ekrem, 8. Fredrik Sjolstad, 9. Mattias Moström (İsveç), 11. Martin Ellingsen, 16. Etzaz Hussain, 17. Fredrik Aursnes 23. Eyrik Ulland Andersen, 28. Kristoffer Haugen 

Hücumçular: 10. Leke Ceyms (Nigeriya), 14. Erlinq Knudtzon, 15. Tobias Kristiansen, 19. Erik Hestad, 22. Ola Brünhildsen, 30. Mathis Bolli, 37. Ole Sebastian Sundqot, 99. Ohi Omoyjuanfo 

Qeyd edək ki, sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley off oyunları 22-23 və 29-30 sentyabr tarixlərində olacaq.

Son xəbərlər

Orphus sistemi