"Molde"nin direktoru "Qarabağ"la oyundan danışdı

"Molde"nin direktoru "Qarabağ"la oyundan danışdı "Qarabağ" - "Molde" oyununun harada keçiriləcəyi hələ bilinmir. Klublarla UEFA arasında danışıqlar davam edir".
Futbol
4 Sentyabr , 2020 21:18
Moldenin direktoru Qarabağla oyundan danışdı
Ole Erik Stavrum

"Qarabağ" - "Molde" oyununun harada keçiriləcəyi hələ bilinmir. Klublarla UEFA arasında danışıqlar davam edir".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Norveç "Molde"sinin direktoru Ole Erik Stavrum "Aftenposten.no" saytına açıqlamasında deyib.

Klub rəsmisi bildirib ki, görüşün Bakıda olması onlar üçün ciddi problem yarada bilər: "Bundan sonra uzun müddət karantində qalmalıyıq ki, bu da bizə sərf etmir. Bunun həm təsnifat mərhələsinin oyunları, həm də digər beynəlxalq matçlar zamanı bizə mənfi təsiri olacaq".

Qeyd edək ki, püşkə əsasən, "Qarabağ" - "Molde" matçı sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməlidir. Lakin "Molde" rəhbərliyi Norveçdə Şengen zonası ölkələrindən qayıtdıqdan sonra 10 günlük karantinə alınma qaydasının tətbiq olunacağını əsas gətirərək, matçın neytral ölkədə təşkilini təklif edib. "Qarabağ" klubu bununla razılaşmayıb. Yekun qərarı UEFA verəcək.

Son xəbərlər

Orphus sistemi