"Molde"də "Qarabağ"la oyunun ən yaxşısı məlum oldu

"Molde"də "Qarabağ"la oyunun ən yaxşısı məlum oldu Norveç "Molde"sinin UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdiyi oyunun ən yaxşı futbolçusu müəyyənləşib.
Futbol
17 Sentyabr , 2020 15:50
Moldedə Qarabağla oyunun ən yaxşısı məlum oldu
Stian Qregersen

Norveç "Molde"sinin UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdiyi oyunun ən yaxşı futbolçusu müəyyənləşib.

"Report" xəbər verir ki, yerli mətbuat bu ada komandanın yarımmüdafiəçisi Stian Qregerseni layiq görüb.

3 aylıq zədədən sonra meydana qayıdan norveçli oyunçu dünənki qarşılaşmada özünü ən yaxşı tərəfdən göstərməyi bacarıb.

Sıralamada 2-ci yeri komandanın qapıçısı Andreas Linde tutub. Penaltilər seriyasında Bədavi Hüseynovun zərbəsini zərərsizləşdirən qolkiper komandasının pley-offa adlamasında əsas pay sahiblərindən biri olub.

İlk "3-lüy"ü "Molde"nin digər yarımmüdafiəçisi Eyrik Hestad tamamlayıb.

Qeyd edək ki, penaltilər seriyasında daha dəqiq oynayan (6:5) Norveç təmsilçisi Çempionlar Liqasının növbəti raundunda Macarıstan "Ferentsvaroş"u ilə üz-üzə gələcək. "Qarabağ" isə yoluna Avropa Liqasının pley-off mərhələsində davam edəcək.

Son xəbərlər

Orphus sistemi