MOİK futbol komandasının baş məşqçisi istefa verib

MOİK futbol komandasının baş məşqçisi istefa verib 31 yaşlı mütəxəssis Azərbaycan Kuboku matçında qələbə qazandıqdan sonra postundan gedib
Futbol
13 Oktyabr , 2017 13:08
MOİK futbol komandasının baş məşqçisi istefa verib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I divizonunda çıxış edən MOİK komandasının baş məşqçisi istefa verib.

“Report”un əldə etdiyi məlumata görə, 31 yaşlı mütəxəssis Azərbaycan Kubokunun 1/16 final mərhələsində “Turan Tovuz” üzərində 2:1 hesablı qələbədən sonra postundan gedib. Xəbəri gənc baş məşqçinin özü də təsdiqləyib. 

Qeyd edək ki, Ramil Əliyev ötən ilin noyabrından MOİK-in baş məşqçisi idi. 

Son xəbərlər

Orphus sistemi