Modriç: "Real" ömür boyu Ronaldunun yoxluğundan şikayətlənə bilməz"

Modriç: "Real" ömür boyu Ronaldunun yoxluğundan şikayətlənə bilməz" Bakı. 5 mart. REPORT.AZ/ Realın yarımmüdafiəçisi Luka Modriç əvvəllər madridlilərlə bir düşərgədə çıxış etmiş Kriştianu Ronaldunun komandaya təsirindən danışıb.
Futbol
118
5 Mart , 2019 04:56
Modriç: Real ömür boyu Ronaldunun yoxluğundan şikayətlənə bilməz

Bakı. 5 mart. REPORT.AZ/ "Real"ın yarımmüdafiəçisi Luka Modriç əvvəllər madridlilərlə bir düşərgədə çıxış etmiş Kriştianu Ronaldunun komandaya təsirindən danışıb.

“Report” "Marca" qəzetinə istinadən xəbər verir ki, xorvat futbolçu Ronaldu kimi futbolçu tapmağın mümkünsüz olduğunu deyib:

"Ronaldu hər bir komandanın ehtiyac duyduğu bir futbolçudur. Onun bərabərində əvəz tapmaq mümkün deyil. Əlbəttə, komanda üçün etdiklərini nəzərə alanda, bizim ona ehtiyacımız var. Klub onun gördüyü işləri digər futbolçular arasında bölüşdürməyə çalışır, lakin bu, o qədər də asan deyil.

O 50 qol vururdu, siz daha bir belə futbolçu tapa bilməzsiniz. Kimsə bir addım önə çıxmalıdır və qoy o 50 qol vurmasın, heç olmasa, 15-20 və ya hətta 10 qol vursun. Bizdə çatışmayan budur. Ona görə fürsətlərin qola çevrilməsi bizim cari mövsümdə ən böyük problemimizdir. Lakin Kriştianu artıq bizim komandada yoxdur və biz bütün 10 ili onun yoxluğundan şikayətlənə bilmərik".

Son xəbərlər

Orphus sistemi