MLS: Messi komandasını məğlubiyyətdən xilas edə bilməyib

MLS: Messi komandasını məğlubiyyətdən xilas edə bilməyib MLS-də “Şarlott” “İnter Mayami”ni 1:0 hesabı ilə məğlub edib.
Futbol
22 Oktyabr , 2023 05:44
MLS: Messi komandasını məğlubiyyətdən xilas edə bilməyib

MLS-də “Şarlott” “İnter Mayami”ni 1:0 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, matç Şarlotdakı “Bank of Amerika” stadionunda baş tutub.

Oyunda yeganə qol 13-cü dəqiqədə kolumbiyalı hücumçu Kevin Varqas tərəfindən vurulub. Ona dəqiq ötürməni polşalı Kamil Yuzvyak verib.

Argentinalı hücumçu Lionel Messi, həmçinin ispaniyalı dayaq yarımmüdafiəçisi Serxio Buskets Florida təmsilçisinin heyətində tam oyun keçiriblər. Jordi Alba isə oyuna 67-ci dəqiqədə daxil olub.

“İnter Mayami” Messinin iştirak etdiyi oyunda ikinci dəfə məğlub olsa da, bu, argentinalı futbolçunun tam oyun keçirərək yenildiyi ilk oyundur.

Son xəbərlər

Orphus sistemi