Mixalis Pekris: "Azərbaycanla harada oynamağımızın fərqi yoxdur"

Mixalis Pekris: "Azərbaycanla harada oynamağımızın fərqi yoxdur" "Stadionlar insanlarsız "soyuq"dur və şərtlər hər iki tərəf üçün aşağı-yuxarı bərabərdir"
Futbol
7 Oktyabr , 2020 14:33
Mixalis Pekris: Azərbaycanla harada oynamağımızın fərqi yoxdur

"Bu yoldaşlıq görüşü baş məşqçimizə imkan verəcək ki, futbolçuların hansı durumda olduqlarını görsün. Sonra ölkə xaricində iki oyunumuz olacaq". 

"Report"un məlumatına görə, bu fikirləri Kipr Futbol Assosiasiyasının vitse-prezidenti Mixalis Pekris yoldaşlıq görüşündə Çexiya, UEFA Millətlər Liqasında Lüksemburq və Azərbaycan yığmaları ilə keçirəcəkləri matçlar barədə danışarkən deyib. 

Milli komandalar komitəsinin rəhbəri olan funksioner Millətlər Liqasındakı görüşlərlə əlaqədar yoldaşlıq görüşünə ehtiyac duyduqlarını söyləyib. Pekris yeni kollektivə sahib olduqlarını və nəticə qazana biləcəklərinə inandığını bildirib.

O, Lüksemburq və Azərbaycanla matçlar barədə danışarkən, ikinci görüşün yerinin dəyişdirilməsinə münasibət bildirib: "Azərbaycanla Albaniyada oynayacağıq. Düşünürəm ki, hazırda matç məkanının heç bir fərqi yoxdur. Stadionlar tamaşaçılar olmadan "soyuq"dur və şərtlər hər iki tərəf üçün aşağı-yuxarı bərabərdir. Məqsəd yalnız bu oyunlar yox, bütün qarşılaşmalar üçün eynidir. Çox xallar və qələbələr qazanmaq istəyirik. İki oyunda qələbə qazana bilməsək, bu, bizi məyus etməyəcək".

Qeyd edək ki, Kipr yığması bu gün Çexiyanı qəbul edəcək. Komanda bundan 3 gün sonra Lüksemburqun qonağı olacaq. Kiprlilər oktyabrın 13-də isə Albaniyada Azərbaycan millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. 

.


 

Son xəbərlər

Orphus sistemi