Miroslav Yirkal: "Viktoriya" "Qarabağ"a boşluq vermədi"

Miroslav Yirkal: "Viktoriya" "Qarabağ"a boşluq vermədi" "Qarabağ" statistikaya görə aşkar üstün idi. Amma əslində belə deyil. "Viktoriya" taktiki baxımdan əla oyun göstərdi, rəqibə boşluq vermədi".
Futbol
18 Avqust , 2022 13:00
Miroslav Yirkal: Viktoriya Qarabağa boşluq vermədi
Miroslav Jirkal

"Qarabağ" statistikaya görə aşkar üstün idi. Amma əslində belə deyil. "Viktoriya" taktiki baxımdan əla oyun göstərdi, rəqibə boşluq vermədi".

"Report"un məlumatına görə, bu fikirləri çexiyalı sabiq qapıçı Miroslav Yirkal Plzen təmsilçisinin Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdiyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

67 yaşlı keçmiş qolkiper Çexiya klubunun heç-heçəyə layiq olduğunu bildirib: "Komanda birinci hissədə üç perspektivli hücum qurmuşdu. Rəqibin iki matçına baxmışdım, onlarda Kadi Borqes tam fərqli görünür. Sol ayağı ilə ötərmələr verərək, komanda yoldaşlarını tapmağı bacarır. Lakin Lukaş Kalvax onu bağlamağı bacardı".

Yirkal komandalar arasında cavab görüşü barədə də fikirlərini bölüşüb: "Cavab qarşılaşmasında daha çətin olacaq. Hər iki komanda hər şeyini ortaya qoyacaq. Amma unutmayaq ki, “Viktoriya” Plzendə çıxış edəcək. Bütün ölkə komandanın arxasında duracaq. Matçda bir qol hər şeyi həll edə bilər”.

Qeyd edək ki, avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi