Luçesku futbolçuları Ukrayna əsgərlərindən nümunə götürməyə çağırıb

Luçesku futbolçuları Ukrayna əsgərlərindən nümunə götürməyə çağırıb Mütəxəssis bu barədə Kiyev təmsilçisinin rəsmi saytına açıqlamasında bildirib
Futbol
6 Aprel , 2022 14:15
Luçesku futbolçuları Ukrayna əsgərlərindən nümunə götürməyə çağırıb
Mirça Luçesku

"Dinamo" (Kiyev) komandasının baş məşqçisi Mirça Luçesku futbolçuları Ukrayna Silahlı Qüvvələrinin əsgərlərindən nümunə götürməyə çağırıb.

"Report" xəbər verir ki, 77 yaşlı mütəxəssis bu barədə Kiyev təmsilçisinin rəsmi saytına açıqlamasında bildirib.

Rumıniyalı baş məşqçi yoxlama oyunlarından əvvəl oyunçulara motivasiya verib: "Ukrayna əsgərləri döyüş meydanında qəhrəmancasına vuruşursa, siz bunu Ukrayna və xalqınız naminə futbol meydanında etməlisiniz. Rəqiblər sizə qarşı Çempionlar Liqasındakı rəsmi oyun kimi döyüşəcəklər".

Qeyd edək ki, "Dinamo" aprelin 12-də Rumıniyada Polşa "Legiya"sı ilə xeyriyyə oyunu keçirəcək. Bütün qarşılaşmalardan əldə edilən gəlir Ukraynaya kömək üçün köçürüləcək. Görüşlər Ukrayna və Avropa telekanalları vasitəsilə canlı yayımlanacaq. Layihəyə ölkə incəsənətinin tanınmış şəxsləri də cəlb olunacaq.

Son xəbərlər

Orphus sistemi