Mirça Luçesku Braziliya klubundan təklif alıb

Mirça Luçesku Braziliya klubundan təklif alıb Tanınmış futbol məşqçisi Mirça Luçesku Braziliyanın Santos klubundan təklif alıb.
Futbol
17 Dekabr , 2019 19:50
Mirça Luçesku Braziliya klubundan təklif alıb

Tanınmış futbol məşqçisi Mirça Luçesku Braziliyanın "Santos" klubundan təklif alıb.

"Report" "Gsp.ro" saytına istinadən xəbər verir ki, bu barədə 74 yaşlı mütəxəssisin özü məlumat verib.

Rumıniyalı məşqçi bildirib ki, klubun ona təklifi konkret və ciddidir: "Hələ qərar verməmişəm. Yeni ildən sonra qərarım olacaq, çünki maraqlı variantlar var. Braziliyadan gələn təklif məni qürurlandırır. Amma o, evdən çox uzaqdır. Bu, mənim üçün yeganə maneədir. Həyat yoldaşım o qədər də məmnun deyil".

Qeyd edək ki, Mirça Luçesku son olaraq Türkiyənin əsas milli komandasına rəhbərlik edib. 

Son xəbərlər

Orphus sistemi