Mirça Luçesku “Beşiktaş”ın rəhbərliyinə qayıdıb-qayıtmaması ilə bağlı məsələyə aydınlıq gətirib.
“Report” xəbər verir ki, bu barədə o, Rumıniyada, “Digi Sport”a açıqlamasında bildirib.
“Beşiktaş”ın direktorluq təklifindən imtina etdim”, - deyə o bildirib.
74 yaşlı rumın məşqçi deyib ki, bir müddət idmandan kənarda qalacaq. “Futboldan bir az uzaq olmaq məcburiyyətində qaldım. Görək iyulda nə olacaq. Hazırda evdəyəm”, - deyə o əlavə edib.
Qeyd edək ki, mətbuat bunu “Beşiktaş”ın Sergen Yalçını kluba texniki direktor vəzifəsinə gətirməsi ilə əlaqələndirir.