Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb. "Report"un məlumatına görə, Komitə üzvləri Mingəçevirdə divizion klublarının nümayəndələri ilə keçirilmiş görüş haqqında ətraflı məlumat verib, I divizion və Azərbaycan Premyer Liqası barədə ümumi fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan U-15 yığmasına baş məqşçi təyinatı da müzakirəyə çıxarılıb.
Məşqçilər Komitəsinin tövsiyəsinə əsasən AFFA rəhbərliyinin qərarı ilə 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsi Mirbağır İsayevə həvalə olunub.