Mirabdulla Abbasov: "Özümü qəhraman hesab etmirəm"

Mirabdulla Abbasov: "Özümü qəhraman hesab etmirəm" Bakı. 12 avqust. REPORT.AZ/ Çox sevinirəm ki, çempionatda ilk qola mən imza atdım. Ən vacib olan qələbə qazanmaq idi. Qol vurmağımdan da bu, daha önəmlidir. Hücumçu kimi üzərimə belə bir vəzifə düşür. Çox şadam ki, qolumla komandamın qələbəsində pay sahibi oldum.
Futbol
12 Avqust , 2018 00:23
Mirabdulla Abbasov: Özümü qəhraman hesab etmirəm

Bakı. 12 avqust. REPORT.AZ/ "Çox sevinirəm ki, çempionatda ilk qola mən imza atdım. Ən vacib olan qələbə qazanmaq idi. Qol vurmağımdan da bu, daha önəmlidir. Hücumçu kimi üzərimə belə bir vəzifə düşür. Çox şadam ki, qolumla komandamın qələbəsində pay sahibi oldum".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının ilk tur matçından sonra deyib.

O bildirib ki, hücumçuya qol vurmaq psixoloji cəhətdən kömək edir:

"Bu da mənə yaxşı təsir etdi. Qələbədə hamının payı var. Özümü qəhraman hesab etmirəm. Üzərimə düşən qol vurmaq idi və buna nail oldum".

Abbasovun fikrincə, "Neftçi" qələbəyə layiq oyun sərgiləyib. O, gələcək barədə danışmağın tez olduğunu söyləyib:

"Hələ çempionat təzə başlayıb. İndidən nəsə söyləmək tezdir. Oyundan-oyuna daha yaxşı formada olacağıq".

Forvard start heyətində oynayacağını hələ ötən gün məşqdə anladığını əlavə edib.

Son xəbərlər

Orphus sistemi