Norveç yığmasının baş məşqçisi: "Azərbaycan futbola böyük sərmayələr qoyur"

Norveç yığmasının baş məşqçisi: "Azərbaycan futbola böyük sərmayələr qoyur" Per-Matias Hoqmo qrup mərhələsində çıxış edən futbolçu sayında yanlışlığa yol verib
Futbol
7 Oktyabr , 2016 11:06
Norveç yığmasının baş məşqçisi: Azərbaycan futbola böyük sərmayələr qoyur

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Səfərdə Azərbaycandan 3 xal götürmək çox çətin olacaq".

"Report"un məlumatına görə, bunu dünya çempionatının seçmə qrup mərhələsində sabah Azərbaycan millisinin qonağı olacaq Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo deyib.

57 yaşlı mütəxəssis Bakıda ağır oyunun olacağını bildirib: "İki görüşdən sonra 6 xal toplamaq istəyirik. Azərbaycan sərt və çətin rəqibdir. Bu xalq öz futbolu üçün böyük məbləğdə sərmayələr qoyur. Rəqibin 7 futbolçusu öz klublarında Avropa Liqasının qrup mərhələsində çıxış edir".

Maraqlıdır ki, Norveç yığmasının baş məşqçisi yanlışlığa yol verib. Belə ki, Azərbaycan millisinə çağırılan futbolçulardan əslində 9-u Avropa Liqasının qrup mərhələsində forma geyinir. Onlardan 7-si "Qarabağ"ın, 2-si "Qəbələ"nin üzvüdür.

Qeyd edək ki, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Norveç matçı saat 20:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi