Amin Seydiyev “Sabah”ın heyətində yubiley oyununu keçirib.
“Report” xəbər verir ki, Premyer Liqanın XVIII turunnda “Qəbələ” ilə görüş 25 yaşlı müdafiəçinin 100-cü çempionat qarşılaşması olub.
Azərbaycan millisinin üzvü 2020-ci ilin yayından “Sabah”ın formasını geyinir. O, dördüncü mövsüm oynadığı klubda keçirdiyi 100 görüşdə 2 qola imza atıb.
Qeyd edək ki, Amin Seydiyev “Sabah”ın formasında Premyer Liqadakı ilk matçına 2020-ci il avqustun 22-də çıxıb. Onun debüt görüşündə bakılılar səfərdə “Qarabağ”a 0:2 hesabı ilə uduzublar.