Millimizlə oyunu buraxan qapıçının koronavirusa yoluxmadığı məlum olub

Millimizlə oyunu buraxan qapıçının koronavirusa yoluxmadığı məlum olub UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunun Azərbaycanla oyununu buraxan Lüksemburq yığmasının futbolçusu Entoni Moris növbəti dəfə koronavirus testindən keçib.
Futbol
19 Noyabr , 2020 10:04
Millimizlə oyunu buraxan qapıçının koronavirusa yoluxmadığı məlum olub
Entoni Moris
0 : 00
0 : 00

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunun Azərbaycanla oyununu buraxan Lüksemburq yığmasının futbolçusu Antoni Moris növbəti dəfə koronavirus testindən keçib.

"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı qapıçıdan götürülmüş ikinci analizin nəticəsi mənfi çıxıb. Belçikanın "Virton" klubunda çıxış edən təcrübəli qolkiperin infeksiyaya yoluxmadığı məlum olub.

Moris yanlışlıq səbəbindən qrup mərhələsinin son turunun oyununda iştirak edə bilməyib.

Qeyd edək ki, Lüksemburq - Azərbaycan oyunu qolsuz heç-heçə ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi