Millimizlə oyuna daha bir futbolçu çağırıldı

Millimizlə oyuna daha bir futbolçu çağırıldı Sloveniya yığmasının baş məşqçisi Matyaj Kek Azərbaycanla yoldaşlıq, Kosovo və Yunanıstanla isə UEFA Millətlər Liqasının oyunları üçün düşərgəyə daha bir futbolçu çağırıb.
Futbol
776
9 Noyabr , 2020 09:31
Millimizlə oyuna daha bir futbolçu çağırıldı

Sloveniya yığmasının baş məşqçisi Matyaj Kek Azərbaycanla yoldaşlıq, Kosovo və Yunanıstanla isə UEFA Millətlər Liqasının oyunları üçün daha bir futbolçuya dəvət göndərib.

"Report" "rtvslo.si" saytına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis Xorvatiya "Riyeka"sına məxsus yarımmüdafiəçi Adam Qnezda-Çerini komandaya cəlb edib.

Hazırda Almaniyanın "Nürnberq" klubunda icarə əsasında çıxış edən 21 yaşlı oyunçu ilk dəfə milliyə dəvət alıb.

Qeyd edək ki, noyabrın 11-də Azərbaycanı qəbul edəcək Sloveniya yığması 4 gün sonra evdə Kosovo ilə üz-üzə gələcək. Komanda noyabrın 18-də isə Yunanıstanın qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi