Millimizin toplanışına qatıla bilməyən futbolçu yoxlama matçında oynadı

Millimizin toplanışına qatıla bilməyən futbolçu yoxlama matçında oynadı Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyiİspaniyanın “Albasete” klubu yoxlama oyunu keçirib.
Futbol
29 Avqust , 2020 10:18
Millimizin toplanışına qatıla bilməyən futbolçu yoxlama matçında oynadı

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın “Albasete” klubu yoxlama oyunu keçirib. 

"Report"un məlumatına görə, Sequnda təmsilçisi "Kastelyon"la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 

Baş məşqçi Lukas Alkaras 28 yaşlı yarımmüdafiəçiyə start heyətdə şans verib. İsrafilovla birlikdə digər 10 oyunçu fasilədə əvəzlənib. 

Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan millisinin təlim-məşq toplanışında iştirak etmir. O, koronavirus səbəbindən İspaniyadakı vəziyyətin gərgin olduğunu bildirib və Bakıya gələ bilməyəcəyi üçün yığmanın baş məşqçi Canni De Byaziyə müraciət edib. 

Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi