AVRO-2023: Millimizin oyunlarının təqvimi açıqlandı

AVRO-2023: Millimizin oyunlarının təqvimi açıqlandı 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2023-ün seçmə mərhələsində qarşılaşacağı ilk rəqib müəyyənləşib.
Futbol
28 Yanvar , 2021 21:14
AVRO-2023: Millimizin oyunlarının təqvimi açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2023-ün seçmə mərhələsində mübarizə aparacağı A qrupununun təqvimi açıqlanıb.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, yığma qrupda ilk oyunu bu il iyunun 6-da səfərdə Norveçə, son matçını isə 2022-ci il iyunun 7-də Finlandiyaya qarşı keçirəcək.

2021-ci il

6 iyun

Norveç – Azərbaycan

2 sentyabr

Xorvatiya – Azərbaycan

7 sentyabr

Avstriya – Azərbaycan

8 oktyabr

Azərbaycan – Finlandiya

12 oktyabr

Azərbaycan – Xorvatiya

12 noyabr

Azərbaycan – Avstriya

16 noyabr

Azərbaycan – Norveç

2022-ci il

25 mart

Azərbaycan – Estoniya

3 iyun

Estoniya – Azərbaycan

7 iyun

Finlandiya – Azərbaycan

Qeyd edək ki, turnirin final mərhələsi Gürcüstan və Rumıniyada təşkil ediləcək.

19:10

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2023-ün seçmə mərhələsində qarşılaşacağı ilk rəqib müəyyənləşib.

"Report"un məlumatına görə, Milan Obradoviçin başçılıq etdiyi kollektiv A qrupunda birinci matçını Norveç yığmasına qarşı keçirəcək.

Görüş bu il iyunun 6-da səfərdə baş tutacaq. Yığmanın Xorvatiya və Avstriya ilə oyunları həmin ilin sentyabr, Finlandiya ilə matçı isə noyabr ayına təsadüf edəcək. Qarşılaşmaların dəqiq tarixi bilinmir.

Qeyd edək ki, millinin qrupunda Norveçlə yanaşı, Xorvatiya, Avstriya, Finlandiya və Estoniya seçmələri də yer alıblar.

Son xəbərlər

Orphus sistemi