Millimizin sabiq üzvü koronavirus testindən keçdi

Millimizin sabiq üzvü koronavirus testindən keçdi Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budakın çıxış etdiyi Altınordu komandasının futbolçuları koronavirus testindən keçib.
Futbol
11 May , 2020 18:12
Millimizin sabiq üzvü koronavirus testindən keçdi

Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budakın çıxış etdiyi "Altınordu" komandasının futbolçuları koronavirus testindən keçib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, yoxlanışda oyunçularla yanaşı, məşqçilər heyəti də iştirak edib.

İzmir təmsilçisinin testlərin nəticələri bilinəndən sonra məşqə başlaya biləcəyi vurğulanıb.

Qeyd edək ki, ilk dəfə 2011-ci ildə Azərbaycanın əsas millisinə dəvət alan Ufuk Budak yığmada 17 oyun keçirib. 30 yaşlı müdafiəçi 2019-cu ildən "Altınordu"da çıxış edir.

Son xəbərlər

Orphus sistemi