Millimizin sabiq üzvü: "Hazır olduqdan sonra futbola qayıtmaq istəyirəm"

Millimizin sabiq üzvü: "Hazır olduqdan sonra futbola qayıtmaq istəyirəm" "Qış fasiləsində hansısa kluba keçməyim real deyil. Hələ ki, ayağımın reabilitasiya prosesi davam edir. Tələsmirəm, tam hazır olduqdan sonra futbola qayıtmaq istəyirəm".
Futbol
988
2 Yanvar , 2021 15:20
Millimizin sabiq üzvü: Hazır olduqdan sonra futbola qayıtmaq istəyirəm
Cavid Tağıyev

"Qış fasiləsində hansısa kluba keçməyim real deyil. Hələ ki, ayağımın reabilitasiya prosesi davam edir. Tələsmirəm, tam hazır olduqdan sonra futbola qayıtmaq istəyirəm".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Cavid Tağıyev deyib.

Son olaraq "Sabah"ın formasını geyinən 28 yaşlı yarımmüdafiəçi hansısa klubun onunla danışıq aparmadığını bildirib: "Mart ayında hansısa komandada 2 aylıq məşq etmək ehtimalım var. Amma bu da sadəcə ehtimaldır. Heç bir klubla danışıq olmayıb, ona görə də harada məşqlərə başlayacağımı bilmirəm".

Qeyd edək ki, Cavid Tağıyev karyerası ərzində "Turan", AZAL, və "Zirə"də də çıxış edib. 2 dəfə Azərbaycan millisinin formasını geyinən oyunçu 2020-ci ilin sentyabrında Türkiyədə xaçvari bağlarından əməliyyat olunub.

Son xəbərlər

Orphus sistemi