Millimizin sabiq müdafiəçisi "Qəbələ"nin məşqçisi oldu

Millimizin sabiq müdafiəçisi "Qəbələ"nin məşqçisi oldu "Qəbələ"də yeni məşqçi təyinatı gerçəkləşib.
Futbol
17 İyul , 2021 11:59
Millimizin sabiq müdafiəçisi Qəbələnin məşqçisi oldu

"Qəbələ"də yeni məşqçi təyinatı gerçəkləşib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm futbolçu kimi “qırmızı-qaralar”ın heyətində olan Rasim Ramaldanov məşqçi təyin edilib. Karyerasını başa vuran 35 yaşlı müdafiəçi Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.

2016/17 mövsümündə “Qəbələ”də debüt edən müdafiəçi “qırmızı-qara” formada 39 oyun keçirib, 1 qol vurub. O, çempionatda 32 (1 qol), kubokda 4, UEFA Avropa Liqasında 3 görüşdə iştirak edib.

Qeyd edək ki, Ramaldanov “Qəbələ”yədək “Simurq”, “Sumqayıt”, “Xəzər Lənkəran”, Gürcüstanda “Kolxeti” klublarının formasını geyinib. O, Azərbaycan millisində 16 görüş keçirib.

Son xəbərlər

Orphus sistemi