Badri Kvaratsxeliya: "Gürcülər oğlumun Rusiyada qalmayacağına inansınlar"

Badri Kvaratsxeliya: "Gürcülər oğlumun Rusiyada qalmayacağına inansınlar" "Bir çox klubla danışacaq"
Futbol
137
19 May , 2021 14:19
Badri Kvaratsxeliya: Gürcülər oğlumun Rusiyada qalmayacağına inansınlar
Badri Kvaratsxeliya və Xviça Kvaratsxeliya

Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya yayda Rusiyanın "Rubin" klubundan ayrılacaq.

"Report"un məlumatına görə, bu barədə onun atası, Azərbaycan millisinin keçmiş oyunçusu Badri Kvaratsxeliya "Sportall" nəşrinə açıqlamasında bildirib.

O, oğlunun hansı komandaya keçəcəyini deməyib: "Sizi 100 faiz əmin edirəm ki, Xviça yayda "Rubin"dən ayrılacaq. Hansı komandaya gedəcəyini deməyəcəyəm. Bir çox klubla danışacaq. Oğlum istirahat edəcək və daha sonra harada oynayacağına qərar verəcək. Gürcüləri oğlumun Rusiyada qalmayacağına inandırmaq istəyirəm".

Qeyd edək ki, Xviça Kvaratsxeliya 2020/2021 mövsümündə "Rubin"in heyətində Rusiya Premyer Liqasında 23 oyunda 4 qol vurub.

Son xəbərlər

Orphus sistemi