Millimizin sabiq futbolçusu Türkiyə klubundan təklif alıb

Millimizin sabiq futbolçusu Türkiyə klubundan təklif alıb "Keşlə"nin yeni transferi Elvin Yunuszadə qış transfer pəncərəsində Türkiyənin "Menemenspor" klubundan təklif alıb
Futbol
10 Fevral , 2021 13:18
Millimizin sabiq futbolçusu Türkiyə klubundan təklif alıb
Elvin Yunuszadə

"Keşlə"nin yeni transferi Elvin Yunuszadə qış transfer pəncərəsində Türkiyənin "Menemenspor" klubundan təklif alıb.

Bu barədə "Report"a 29 yaşlı müdafiəçinin özü məlumat verib.

Azərbaycan millisinin sabiq üzvü bildirib ki, Şimali Makedoniya "Şkupi"sinin keçmiş baş məşqçisi Ümit Karan I liqa təmsilçisinin sükanı arxasına keçdikdən sonra onu öz komandasına dəvət edib: "Danışıqlar oldu. Amma bəzi nüanslara görə söhbətimiz alınmadı".

Qeyd edək ki, Elvin Yunuszadə "Keşlə" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb. O, bunadək "Neftçi", "Qarabağ", "Sabah" və "Səbail", həmçinin Bosniya və Herseqovinanın "Çelik" və Şimali Makedoniyanın "Şkupi" klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi