Millimizin sabiq futbolçusu Rusiya klubuna keçdi

Millimizin sabiq futbolçusu Rusiya klubuna keçdi Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət yığmasının sabiq üzvü David Qarayev karyerasını yenidən Rusiyada davam etdirəcək.
Futbol
9 İyul , 2021 18:00
Millimizin sabiq futbolçusu Rusiya klubuna keçdi
David Qarayev

Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət yığmasının sabiq üzvü David Qarayev karyerasını yenidən Rusiyada davam etdirəcək.

"Report" xəbər verir ki, 26 yaşlı hücumçu "SKA-Xabarovsk" komandasına keçib. Klubun rəsmi saytı forvardla 1 illik müqavilə imzalandığını açıqlayıb. O, yeni komandasında 9 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, David Qarayev 2013-cü ildə Azərbaycanın U-18 yığmasına dəvət alıb və 5 oyun keçirib. Sonradan ona əsas millidə oynamaq təklif olunsa da, futbolçu Rusiya çempionatında legioner sayılmamaq üçün bundan imtina edib. Rusiyada "Ximki" və "Ural" kimi komandaların da formasını geyinmiş hücumçu son olaraq Qazaxıstanın "Kaspi" klubunda oynayıb.

Son xəbərlər

Orphus sistemi