Millimizin sabiq futbolçusu Qazaxıstan klubuna keçdi

Millimizin sabiq futbolçusu Qazaxıstan klubuna keçdi 25 yaşlı hücumçu Türkiyədə təlim-məşq toplanışında olan Aktau təmsilçisinin düşərgəsinə qoşulub
Futbol
11 Fevral , 2021 17:25
Millimizin sabiq futbolçusu Qazaxıstan klubuna keçdi
David Qarayev

Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət yığmasının sabiq üzvü David Qarayev karyerasını Qazaxıstanın "Kaspi" komandasında davam etdirəcək.

"Report" "Meta-ratings" saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Türkiyədə təlim-məşq toplanışında olan Aktau təmsilçisinin düşərgəsinə qoşulub.

Son klubu Rusiya "Ural"ı olan forvardla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanın U-18 yığmasına dəvət alıb və 5 oyun keçirib. Sonradan Qarayevə əsas millidə oynamaq təklif olunsa da, futbolçu Rusiya çempionatında legioner sayılmamaq üçün bundan imtina edib. O, cari mövsümün ilk yarısında Milli Futbol Liqasında meydana çıxdığı 16 qarşılaşmada 11 qol vurub, 3 dəfə sarı vərəqə alıb.

Son xəbərlər

Orphus sistemi