Millimizin sabiq baş məşqçisi istefaya göndərilir

Millimizin sabiq baş məşqçisi istefaya göndərilir Türkiyənin "Denizlispor" klubu baş məşqçisi Robert Prosineçki ilə yollarını ayırır.
Futbol
10 Noyabr , 2020 17:11
Millimizin sabiq baş məşqçisi istefaya göndərilir
Robert Prosineçki

Türkiyənin "Denizlispor" klubu baş məşqçisi Robert Prosineçki ilə yollarını ayırır.

"Report"un "Fanatik"ə istinadən məlumatına görə, hazırda müqaviləyə xitam verilməsi üçün tərəflər arasında danışıqlar gedir.

Rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.

Dənizli təmsilçisi 2020/2021 mövsümündə xorvatiyalı mütəxəssisin rəhbərliyi altında Superliqada keçirdiyi 7 oyunda cəmi 1 qələbə qazanıb. 5 xalı olan kollektiv 21 komanda arasında 20-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2014 - 2017-ci illərdə Azərbaycan millisinə başçılıq etmiş Robert Prosineçki cari mövsümün əvvəlində "Denizlispor"a baş məşqçi təyin olunub.

Son xəbərlər

Orphus sistemi