Millimizin sabiq baş məşqçisi istefaya göndərildi

Millimizin sabiq baş məşqçisi istefaya göndərildi Türkiyənin "Denizlispor" klubu baş məşqçisi Robert Prosineçki ilə yollarını ayırıb.
Futbol
643
25 Noyabr , 2020 13:56
Millimizin sabiq baş məşqçisi istefaya göndərildi
Robert Prosineçki

Türkiyənin "Denizlispor" klubu baş məşqçisi Robert Prosineçki ilə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Xoruzlar" 2020/2021 mövsümündə xorvatiyalı mütəxəssisin rəhbərliyi altında Superliqadakı 8 oyunda cəmi 1 qələbə qazanıb. 5 xalı olan kollektiv 21 komanda arasında 20-ci pillədə qərarlaşıb.

Azərbaycan millisinə 2014 - 2017-ci illərdə rəhbərlik etmiş Robert Prosineçki cari mövsümün əvvəlində "Denizlispor"a baş məşqçi təyin olunub.

Son xəbərlər

Orphus sistemi