Xorvatiya millisinin futbolçusu əməliyyat olunacaq

Xorvatiya millisinin futbolçusu əməliyyat olunacaq Bakı. 8 fevral. REPORT.AZ/ Xorvatiya milli komandasının futbolçusu Şime Vrsalko gələn həftə sol dizindən əməliyyat olunacaq.
Futbol
8 Fevral , 2019 10:32
Xorvatiya millisinin futbolçusu əməliyyat olunacaq

Bakı. 8 fevral. REPORT.AZ/ Xorvatiya milli komandasının futbolçusu Şime Vrsalko gələn həftə sol dizindən əməliyyat olunacaq. 

"Report" AS nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçinin sol dizindən aldığı zədə sağalmadığı üçün həkimlər onun əməliyyat olunmasını məsləhət görüblər. Vrsalkonun 6 ayadək yaşıl meydanlardan uzaq qalacağı təxmin edilir.

Hazırda icarə əsasında İtaliya "İnter"ində çıxış edən futbolçunun yayda yenidən İspaniya "Atletiko"suna qayıdışı gözlənilir.

Vrsalkonun Xorvatiya yığmasının AVRO-2020-nin seçmə mərhələsinin I turunda Azərbaycan millisi ilə keçirəcəyi oyunu buraxacağı dəqiqdir.

Qeyd edək ki, görüş martın 21-də Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi