Millimizin rəqibi yoldaşlıq oyunları keçirəcək

Millimizin rəqibi yoldaşlıq oyunları keçirəcək Kiprlilər əvvəlcə evdə Çexiya ilə üz-üzə gələcəklər. Bu görüş oktyabrın 7-də baş tutacaq. İkinci oyun isə 4 gün sonra səfərdə Yunanıstana qarşı olacaq
Futbol
379
13 İyul , 2020 17:38
Millimizin rəqibi yoldaşlıq oyunları keçirəcək

Azərbaycanın UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Kipr yığması yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq.

"Report" Kipr Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, belçikalı mütəxəssis Yohan Valemin başçılıq etdiyi kollektiv 2 görüş keçirəcək.

Kiprlilər əvvəlcə evdə Çexiya ilə üz-üzə gələcəklər. Bu görüş oktyabrın 7-də baş tutacaq. İkinci oyun isə 4 gün sonra səfərdə Yunanıstana qarşı olacaq. 

Qeyd edək ki, Azərbaycan və Kipr yığmaları C Liqasının 1-ci qrupunda yer alıblar. İki komanda arasındakı ilk görüş sentyabrın 8-də Kiprdə, ikinci qarşılaşma isə oktyabrın 13-də Bakıda olacaq. Bu qrupda Monteneqro və Lüksemburq milliləri də qərarlaşıb.  

Son xəbərlər

Orphus sistemi