Millimizin rəqibi Yaponiya və Yamayka ilə qarşılaşacaq

Millimizin rəqibi Yaponiya və Yamayka ilə qarşılaşacaq Hər iki matç Yaponiyada olacaq
Futbol
13 May , 2021 12:51
Millimizin rəqibi Yaponiya və Yamayka ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisinin 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Serbiya yığması yoldaşlıq oyunları keçirəcək.

"Report" xəbər verir ki, Draqan Stoykoviçin baş məşqçi olduğu komanda iyunun 7-də Yamayka ilə üz-üzə gələcək.

Yığma 4 gün sonra Yaponiya ilə Kirin Kubokunda qarşılaşacaq. Hər iki matç Yaponiyada olacaq.

Qeyd edək ki, Serbiya seçməsi A qrupunda İrlandiyanı 3:2, Azərbaycanı 2:1 hesabı ilə məğlub edib, Portuqaliya ilə isə bərabərə qalıb - 2:2. Hazırda bu komanda Portuqaliya ilə birgə hərəyə 7 xalla ilk 2 pilləni bölüşür.

Son xəbərlər

Orphus sistemi