Millimizin rəqibi heyəti açıqladı

Millimizin rəqibi heyəti açıqladı UEFA Millətlər Liqasında Azərbaycanla qarşılaşacaq Monteneqro seçməsinin heyəti açıqlanıb.
Futbol
4 Noyabr , 2020 17:00
Millimizin rəqibi heyəti açıqladı

Monteneqro yığmasının Qazaxıstanla yoldaşlıq, Azərbaycan və Kiprlə isə UEFA Millətlər Liqasının oyunları üçün heyəti açıqlanıb.

"Report" xəbər verir ki, baş məşqçi Faruk Hacibegiç 25 futbolçuya dəvət göndərib.

Qapıçılar: Daniel Petkoviç (“Anje”, Fransa), Milan Miyatoviç (MTK, Macarıstan), Miloş Draqoyeviç ("Buduçnost")

Müdafiəçilər: Stefan Saviç (“Atletiko” Madrid, İspaniya), Marko Simiç (“Liepaya”, Latviya), Jarko Tomaşeviç (“Astana”, Qazaxıstan), Adam Maruşiç (“Latsio”, İtaliya), Saşa Baliç ("Zaglembe", Polşa), Risto Radunoviç ("Astra", Rumuniya), İqor Vuyaçiç ("Partizan", Serbiya), Momçilo Raspopoviç ("Riyeka", Xorvatiya), Miloş Miloviç ("Vojdovats", Serbiya)

Yarımmüdafiəçilər: Nikola Vukçeviç (“Levante”, İspaniya), Vladimir Yovoviç (“Yablonets”, Çexiya), Aleksandar Şçekiç (“Partizan”, Serbiya), Neboyşa Kosoviç (“Kayrat”, Qazaxıstan), Aleksandar Boljeviç (“Standard” Lyej, Belçika), Marko Bakiç ("Muskron", Belçika), Sead Hakşabanoviç (“Norrçöpinq”, İsveç), Vukan Saviçeviç (“Samsunspor”, Türkiyə), Nikola Vuynoviç ("Vojdovats")

Hücumçular: Fatos Beçiray (“Visla” Krakov, Polşa), Stevan Yovetiç (“Monako”, Fransa), Stefan Muqoşa (“İnkon Yunayted”, Cənubi Koreya), Dino İslamoviç (“Rusenborq, Norveç)

Qeyd edək ki, Monteneqro noyabrın 11-də Podqoritsada Qazaxıstanla qarşılaşacaq. Komanda üç gün sonra Xorvatiyanın Zapreşiç şəhərində Azərbaycan millisinin qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Monteneqro noyabrın 17-də isə Kipri qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi